Rusiya ev heyvanları haqqında yeni qanun qəbul etdi

13 İyul 2023 21:15 (UTC+04:00)

Rusiyanın Dövlət Duması sahibsiz heyvanlar haqqında yeni qanun qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bura sahibsiz gəzən it və pişiklərə qadağa daxildir.

Qeyd edək ki, bu barədə qanunvericiliyə dəstək sisteminin saytında məlumat verilib.

Beləliklə, ev heyvanlarını gəzdirərkən yerli səlahiyyətlilər tərəfindən gəzinti üçün icazə verilən xüsusi yerlərdən kənarda onların sərbəst, nəzarətsiz hərəkəti istisna edilir.

İndi ev it və pişikləri yollarda, liftlərdə, çoxmənzilli binaların həyətlərində, uşaq və idman meydançalarında boyunduruqsuz gəzə bilməzlər.

Bunlarla yanaşı, rayonların sahibsiz heyvanlarla davranış qaydalarını müəyyən edən qanunvericilik aktlarını müstəqil qəbul etmək hüququ olacaq.

Qeyd edək ki, sənəd təsdiq üçün Federasiya Şurasına, daha sonra isə Rusiya prezidenti Vladimir Putinə göndəriləcək.

Yeri gəlmişkən, Rusiya Kinologiya Federasiyasının prezidenti Vladimir Qolubev “İzvestiya”ya müsahibəsində qeyd edib ki, belə bir qanun ilk növbədə heyvanların qorunmasına yönəlib.

Ağasəf