“Pənco-pənco” ilə başladı və bu da axırı...

13 İyul 2023 19:14 (UTC+04:00)

Rusiyalı müğənni MakSim (Marina Maksimova) sosial şəbəkələrdə yayımlanan videoda alkoqol asılılığından müalicə aldığı klinikada olduğunu bildirib.

SİA Rusiya qaynaqlarına istinadən xəbər verir ki, müğənni, ağır koronavirus infeksiyasından sonra qastrollara çox erkən başladığını deyib.

Müğənninin dediyinə görə, o səhnədə ona güc verəcəyinə inanaraq, spirtli içkinin köməyi ilə vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qeyd edək ki, o əvvəlcə, bizlərdə deyilən “pənco-pənco” ilə başlasa da, amma sonradan özünə hakim kəsilə bilməyib.

Maraqlıdır ki, MakSim konsertdəki məlum nasazlığı bununla izah edir: “Fikirləşdim ki, indi spirtli içki içsəm, çıxıb maşın kimi işləyəcəm, amma alınmadı”.

Son nəticədə vəziyyəti qiymətləndirən müğənni spirtli içkiyə aludə olduğunu başa düşüb və bundan sonra klinikaya getməyə qərar verib.

Maksimovanın sözlərinə görə, onu qohumları və musiqiçilər dəstəkləyir.

Məhz buna görə də, MakSim də tamaşaçıların anlayışına və dəstəyinə ümid edir.

Ağasəf