Azərbaycanda əhalinin gəlirləri 15% artıb

13 İyul 2023 11:33 (UTC+04:00)

2023-cü ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% artaraq 37871,1 milyon manat və ya hər nəfərə orta hesabla 3734,8 manat olub.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sərəncamında qalan gəlirləri 33424,9 milyon manat təşkil edib.