“Telegram” kanallarında yeni imkanlar yaranıb - PUL QAZANA BİLƏRSİNİZ

13 İyul 2023 07:47 (UTC+04:00)

“Telegram” kanallarında yeni imkanlar yaranıb. “Yandex” bot vasitəsilə reklamdan pul qazanmaq üçün iki mindən çox abunəçisi olan kanallar təklif edib. SİA xəbər verir ki, şirkətdən verilən məlumata görə, kanalın sahibi bota mesaj dərc etmək hüququnu verməli olacaq.

Neyroşəbəkələr kanalın xüsusiyyətlərini nəzərə alacaq və reklamları seçəcək. Kanal sahibi reklamların verilmə tezliyinə və vaxtına özü qərar verə biləcək.