Elnarə Abdullayevanın qızı kimlə nişanlandı?

13 İyul 2023 00:38 (UTC+04:00)

Əməkdar artist Elnarə Abdullayevanın qızı Xədicənin xeyir işi olub. SİA xəbər verir ki, o, Cavad adlı bəylə nişanlanıb.

Mərasim ötən gün şəhərin dəbdəbəli restoranlarından birində keçirilib. Tədbirdə şou-biznes nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, E. Abdullayevanın bir oğul, bir qız övladı var.