CNN-in xəbərinə görə, NASA-nın fəxri okean alimi Dr. Gene Feldman "Ay və Marsın öz planetimizdən daha yaxşı xəritələri var"-deyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) 2022-ci il məlumatlarına görə, insanlar on minlərlə ildir okeanın səthini araşdırsalar da, onlar dəniz dibinin yalnız 20 faizinin xəritəsini çəkə biliblər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günə qədər 12 astronavt Ayın səthində ümumilikdə 300 saat, üç nəfər isə Sakit Okeanın qərbində yerləşən və dünyanın ən dərin nöqtəsi kimi tanınan Mariana xəndəyini tədqiq etmək üçün təxminən üç saat vaxt sərf edib.
İnsanların dənizin dərinliklərində kəşfiyyatının məhdudiyyətləri okeanın o qədər qaranlıq və kəskin soyuq olması, demək olar ki, görünməz olması, eləcə də okeanın dərinliyinə getdikcə nəhəng təzyiq səviyyələri ilə əlaqədardır.
Okeanların dərinliklərində nə var?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dərin okean xəndəkləri 11.000 metr dərinliyə çata bilər, dərin okean isə səthin altında 1000-6000 metrə qədər uzanır.
"Hadal" adlanan bu dəniz çuxurları Qədim Yunan mifologiyasında yeraltı dünya tanrısı Hadesin adını daşıyır. Günəş şüalarının çatmadığı Hadal bölgələrində havanın temperaturu donma nöqtəsinə yaxındır.
İnstitutun məlumatına görə, alimlər ilk dəfə 1948-ci ildə okeanın təxminən 6000 metr dərinliyində həyat əlamətlərini sübut ediblər.
2.2 milyon növdən yalnız 240.000-i elm adamları tərəfindən təsvir edilib
Feldman dərin və orta okeanın yalnız kiçik bir hissəsinin insanlar tərəfindən tədqiq edildiyini və okean dibinin çox kiçik bir hissəsinin xəritəsinin çəkildiyini söyləyib.
Belə məhdud məlumatların əldə edilməsinin səbəbinin böyük ölçüdə xərclə bağlı olduğunu vurğulayan Feldman sonarla təchiz edilmiş gəmilərin çox yüksək xərclərə səbəb ola biləcəyinə və yalnız yanacaq xərcinin gündə 40 min dollara çata biləcəyinə diqqət çəkib.
Dəniz canlılarını qeyd etmək və araşdırmaq təşəbbüsü olan "Ocean Census"a görə, okeanlarda mövcud olduğu güman edilən 2,2 milyon növdən yalnız 240,000-i elm adamları tərəfindən müəyyən edilib.
Feldman isə okeanlarda nə qədər dəniz canlısının yaşadığını dəqiq bilməyin mümkün olmadığını irəli sürüb.