Rəşad Nəbiyev İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüşüb

12 İyul 2023 10:10 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, görüş zamanı nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaqlara ölkəmizdə dəmir yolu və liman sahəsində, o cümlədən əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.