Neslihan bikinidə görüntüləndi - FOTO

12 İyul 2023 07:49 (UTC+04:00)

Boşanacaqları deyilsə də, bütün olanlara baxmayaraq, evliliklərini davam etdirən Neslihan Atagüllə həyat yoldaşı Kadir Doğulu Bodrum çimərliklərində görüntüləniblər. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük tətil üçün Bodruma yollanıb. Dostları ilə çimərliyə gələn aktrisa ilə aktyor paparazzilərin kameralarına yaxalanıb.

Bikinidə görüntülənən 30 yaşlı Neslihan ideal bədən quruluşu ilə diqqətləri öz üzərinə toplayıb.

Xatırladaq ki, bir neçə ay əvvəl Kadir Doğulunun məkanların birində bir qadınla səmimi halda görüntülənməsi gündəm olmuşdu. İddialara görə, aktyor xanımına xəyanət edib.