Rihanna alt paltarında çəkilən fotoları ilə gündəmə gəlib - FOTOLAR

12 İyul 2023 07:11 (UTC+04:00)

İkinci dəfə ana olmağa hazırlaşan müğənni Rihanna alt paltarında çəkilən fotoları ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ulduz şəxsi "SAVAGE X FENTY" alt paltarı markası üçün kamera qarşısına keçib. O, çəhrayı alt geyimində cəlbedici pozalar verib. 35 yaşlı məşhurun bu fotoları qısa müddətdə sosial mediada yayılıb.

Qeyd edək ki, müğənninin birinci övladı keçən ilin mayında dünyaya gəlib.