Amerika “Starlink”ləri elektromaqnit çirklənməsinə səbəb olur

11 İyul 2023 18:48 (UTC+04:00)

Avropalı tədqiqatçılar Amerikanın “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin astronomiya tədqiqatları üçün ayrılmış tezlik diapazonlarını “arzuolunmaz” elektromaqnit şüalanma ilə çirkləndirdiyini iddia ediblər.

“Science Alert”in xəbərinə görə, Avropa Cənub Rəsədxanasının (ESO) dərc etdiyi hesabatda “Starlink” peyklərindəki elektron qurğular 110 ilə 188 meqahers arasında olan radio diapazonlarına şüalanma sızdırır.

Hesabatda qeyd olunub ki, sözügedən peyklər 10,7 ilə 12,7 qiqahers tezliklərdə istifadə edilib tezlik diapazonlarından kənara yayılaraq elektromaqnit çirklənməsinə səbəb olub.

Məlumdur ki, “Starlink” peykinin radiasiya sızdıran zolaqlarına Beynəlxalq Telekommunikasiya İttifaqının astronomiya tədqiqatlarına ayırdığı 150,05 ilə 153 meqahers diapazonları da daxildir.

Aşağı Tezlik Ardıcıllığı (LOFAR) şəbəkəsindən istifadə edilən araşdırmada “SpaceX”in 68 “Starlink” peykindən 47-sində “arzuolunmaz radiasiya sızması” müşahidə edilib. Tədqiqatçıların fikrincə, bu “arzuolunmaz” səbəblər radiasiya-astronomiya müşahidələrinə mənfi təsir göstərə bilər.

Radiasiya sızması problemi “SpaceX”ə bildirilib və şirkət həll yolları üzərində işləməyə başlayıb.

Araşdırma "Astronomy and Astrophysics" jurnalında dərc olunub.