Müğənni Gülben Ergen Kuruçeşmədə açıq havada keçirilməli olan konsertinin vaxtını dəyişmək məcburiyyətində olduğu üçün hər kəsdən üzr istəyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Özkan Uğurun vəfatından çox təsirləndiyini deyib.
"Paraf Kuruçeşmə açıq hava konsertimi avqust ayına təxirə salmaq məcburiyyətindəyəm. İlk dəfə gücsüzlüyüm üçün dinləyicilərimdən mənə yoldaşlıq etmələrini istəyir və çox çox dəyərli dinləyicilərimdən üzr istəyirəm", - Gülben instaqramda qeyd edib.
Sənətçi həmçinin instaqramda və tvitterdə avatara Özkan Uğurun fotosunu qoyub.
Lakin məlum olub ki, Gülben Ergen dünənki konsertini təxirə sala bilmədiyi üçün səhnəyə çıxmalı olub.