Dünya ulduzu Beyonsun anası, modelyer Tina Noulsunun evindən oğurluq edilib. SİA xəbər verir ki, 69 yaşlı modelyerin evindən içində 1 milyon dollardan çox pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Bildirilib ki, oğöurluq zamanı Tina şəhərdən kənarda olub.
Qeyd edək ki, Tina müğənnilər Beyons və Solanjın anasıdır.