Dünyaca məşhur ulduz Beyonsun anası, modelyer olan Tina Noulsun evinə oğru girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, içərisində 1 milyon dollardan çox pul və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb. Oğurluq Noulsun Los-Ancelesdə baş verib.
Hadisə Noulsun komandasının üzvünün seyfin yerində olmadığı gördükdən sonra üzə çıxıb. Oğruların evə girərək seyfi necə oğurladıqları hələlik bəlli deyil.
Ləman Sərraf