Radikal müxalifət düşərgəsində elə bir partiya funksioneri tapmaq və ya adını çəkmək mümkün deyil ki, onun haqqında müsbət fikir söylənilsin. Yəni, hamısı bir bezin qırağıdır. Hər biri xarici maraqlı dairələrin əlində oyuncağa çevrildiklərindən, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı qərəzli mövqe nümayiş etdirirlər. Müxalifətin əsas başbiləni rolunda çıxış edən Əli Kərimlinin daha çox satqın və xəyanət yolu tutduğunu desək səhv etmərik. Çünki AXCP sədri Əli Kərimli sərsəm açıqlamları, yersiz paylaşmaları ilə cəmiyyətin haqlı ittiham obyektinə çevrilib. Görünən isə ondan ibarətdir ki, bu üzdəniraq müxalif partiya sədri özünə qarşı olan ictimai narazılıqlardan nəticə çıxarmır. Ə.Kərimli bir neçə məram və məqsədlərini anlamayan gənclərin beyinlərini zəhərləməyə cəhd göstərməklə yanaşı, xarici ölkələrin bir sıra təşkilatlarına da Azərbaycan haqqında şər və böhtan xarakterli hesabatlar göndərir. Bir növ Ə.Kərimli "Freedum Hous"un, "Soros"un və bu kimi digər qərəzli məkrli təşkilatların Azərbaycandakı təmsiçisi kimi çıxış edr. Ə.Kərimli "Soros"un və "Freedum Hous"un sifarişi əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, Azərbaycanda insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edir.
Ə.Kərimli xaricdən aldığı pullarından T.Yaqubluya və C.Həsənliyə qəpik-quruş verir
Son günlər Azərbaycana yönəldilmiş qərəzli yanaşmaların, şər və böhtanların sayının artmasında Ə.Kərilmli kimi satqınların xüsusi rolu və fəaliyyətləri mövcuddur. Bu günlər Bakıda keçirilən Qoşulmama Hərəkatının toplantısında Fransanın müstəmləkə siyasətinin kəskin tənqid edilməsinə və dünya birliyindən Fransa hökumətinə qarşı sərt cəzaların tətbiq edilməsi çağırışlarına Ə.Kərimlinin sağ əli hesab olunan Tofiq Yaqublunun etiraz etməsi və Fransanın tənqid olunmasına qarşı çıxması AXCP sədrinin tapşırığı əsasında ifadə olunan fikirlərdir. Çünki T.Yaqublu elə bir ağılsız və düşüncəsiz insandır ki, onun öz ağlı ilə hansısa fikiri söyləyə biləcəyi inandırıcı deyil. Eyni zamanda, “Milli Şura”nın didərgin sədri Cəmil Həsənlinin Azərbaycan əleyhinə xarici radiostansiyalar vasitəsi ilə böhtanlar səsləndirməsi Ə.Kərimlinin tapşırığı əsasında söylənilir. Yəni, Ə.Kərimli xaricdən aldığı pullarından T.Yaqubluya, C.Həsənliyə qəpik-quruş verməklə, onları Azərbaycanın dövlət maraqlarına qarşı sərsəm fikirlər söyləməyə məcbur edir. Bütün bu kimi faktlar onu təsdiq edir ki, Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və Arif Hacılı kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı ilə göstərirlər də. Nədi-nədi sözügedən təşkilatlar onlara maliyyə yardımları ayırır. Məhz pul xatirinə dövrədə olmaqla Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Göstərişə əsasən, onlar gah mitinqlər, küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxışlar edirlər. Baxmayaraq ki, bu ünsürlərin təşkil etdikləri mitinqlərə gələn olmur. Ancaq "Milli Şura", AXCP və Müsavat liderləri mitinq xəstəliyindən əl çəkmirlər. Söz yox ki, mitinqlər zamanı qarşıdurma yaranarsa, dil pəhləvanları hər kəsdən öndə olmaqla, qaçmağa üstünlük verəcəklər. Bunu misal olaraq 2003-cü il 15-16 oktyabr iğtişalarına cəhd zamanı İsa Qəmbərin, 2005-ci il Qələbə meydanında polislə qarşıdurma zamanı Ə.Kərimlinin mühafizəçilərinin köməyini gözləmədən aradan çıxmalarını göstərmək olar. 1990-cı il 20 Yanvar faciəsi zamanı da insanları meydanlara səsləyən İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı sovet qoşunlarının şəhərə soxulduqlarını görüncə, dabanlarına tüpürüb qaçmağa üstünlük verdilər. Bu baxımdan da, onların heç biri cüzi belə zərər görmədilər. Halbuki insanları qırğına, məhz onlar vermişdilər. Sonradan bəlli oldu ki, 20 Yanvar gecəsi İ.Qəmbər Yusif Səmədoğlunun evində istirahət edirmiş. Ə.Kərimli isə doğulduğu Saatlı rayonu Azadkənd kəndində gizlənirmiş. Bir sözlə, dağıdıcı müxalifət ünsürləri hər zaman ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğul olublar. Bu tendensiyanı iyrənc şəkildə bu gün də davam etdirirlər.
Əli Kərimli çıxılmaz vəziyyətə düşüb
Artıq sübut olunub ki, Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri, o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar. Məhz bu amil onları məhvə sürükləyir. Proseslər və araşdırmalar da təsdiq edir ki, bu gün müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Növbəti parçalanmalar və qopmalar da qaçılmazdır. Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa və konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bu baxımdan, demək olar ki, yaxın günlərdə AXCP, Müsavat kimi dağıdıcı fəaliyyət yolu seçən partiyalar növbəti dəfə parçalanacaq və ya hansısa partiyaya birləşəcəklər. Daha doğrusu, artıq AXCP və “Milli Şura”nın parçalanması prosesi gedir. Yəqin ki, yaxın günlərdə sözügedən qurumlar tam şəkildə fəaliyyətlərini dayandıracaqlar. Ola da bilsin ki, digər partiyalara transfer olunsunlar. Bu faktı möhkəmləndirən məsələ həm də ondan ibarətdir ki, Ə.Kərimli çıxışlarının birində Sorosla əlaqələrini kəsəcəyini bəyan etməsidir. Yəni, Ə.Kərimli artıq Sorosun qucağından düşməyə hazırlaşır. Bu isə o deməkdir ki, AXCP-yə Soros vasitəsi ilə ayrılan maliyyə vəsaiti dayandıra bilər. Pulun olmaması Ə.Kərimlini çıxılmaz vəziyyətə qoyur. Bu halda ya başqa maliyyə mənbələri tapılmalı, ya da AXCP-nin fəaliyyəti dayandırılmalıdır.
İ.ƏLİYEV