Britaniyalı musiqiçi Elton Con Stokholmdakı "Tele2 Arenada" beş illik vida turunu başa vurub. SİA xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
76 yaşlı musiqiçinin ifa etdiyi sonuncu mahnı 1973-cü ildə çıxan eyniadlı albomdan olan "Goodbye Yellow Brick Road" mahnısı olub.
Elton Con bir daha qastrol səfərinə getməyəcəyini desə də, yenə də çıxış edəcəyini etiraf edib. Musiqiçi dünyanın hər yerindən gələn pərəstişkarlarına təşəkkür edib. Detuv ki, onları heç vaxt unutmayacaq.
Müğənni 50 ildən artıq yaradıcılıq karyerası ərzində 80-dən çox ölkədə dörd mindən çox konsert verib.
Bundan əvvəl Elton Con son konsertini vətənində verib və Qlastonberi festivalı evlə vida konsertinin keçirildiyi yerə çevrilib.
Konsert bazar günü, iyunun 25-də baş tutub.