Neslihan Atagüllə Kadir Doğulu evliliklərinin üzərindən qara buludlar dolaşsa da, məşhur cütlük toylarının 7-ci ilini qeyd ediblər. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük romantik kadrlarını sosial mediada paylaşıb. Kadir Doğulu Atagüllə heç yerdə yayımlanmayan səmimi pozalarını paylaşaraq "Uğurlu 7. Gün kimi. Gecə kimi. Nəfəs kimi. Su kimi... Səninlə olmaq. Hər şey üçün təşəkkür edirəm" sözlərini qeyd edib.
Neslihan Atagül isə Kadir Doğulu ilə romantik kadrlarına "Allahın mənə verdiyi ən gözəl hədiyyə" sözlərini yazıb. Məşhurların şərh bölməsini bağlaması isə diqqətdən qaçmayıb.