“WhatsApp”dan söhbətləri asanlaşdıracaq maraqlı funksiya

9 İyul 2023 09:38 (UTC+04:00)

“WhatsApp” daha bir maraqlı funksiya barədə elan edib. Belə ki, “Android” proqramında bundan sonra çatları filtrdən keçirmək mümkün olacaq. SİA xəbər verir ki, yeniləmədən sonra çat siyahısının yuxarısında üç filtr - oxunmamış mesajlar, şəxsi və iş söhbətləri üçün, olacaq.

Bu, istifadəçilərin vacib söhbətləri tapmasını və onlara daxil olmasını asanlaşdıracaq.

Çat filtrləməsi gələcək yeniləmədə bütün istifadəçilər üçün əlçatan olacaq.