"Brilliant" qrupunun keçmiş üzvü, müğənni Yuliya Kovalçuk növbəti dəfə ana olub. SİA xəbər verir ki, o, əvvəllər hamiləliyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib və etiraf edib ki, bu yaxınlarda ikinci övladını dünyaya gətirib. Sənətçi yeni övladının cinsini gizlətməyib.
Kovalçuk sosial şəbəkədə "İndi dörd nəfərik. Allahın köməyi ilə qızlarımızda sevgimiz davam edir" yazıb.
2013-cü ildə Kovalçuk bir neçə ildir birlikdə olduğu müğənni Aleksey Çumakovla ailə həyatı qurub. 2017-ci ildə cütlüyün ilk qızı olub, ona Amelia adı verilib.
O, ən kiçik qızının adını hələ açıqlamayıb.