SİA-nın RT-dən əldə etdiyi məlumata görə, bu yay rusiyalı turistlər üçün ən populyar istiqamətlər “OneTwoTrip” xidmətinin analitikləri tərəfindən açıqlanıb.
Qeyd edək ki, bu xidmət turizmin təşkili üçün onlayn xidmət, otel otağını tapmaq və bron etmək üzrə ixtisaslaşıb. Bundan əlavə “OneTwoTrip” vasitəsilə dəmir yolu, avia və avtobus biletləri almaq, avtomobil icarəyə götürmək və hətta ekskursiya sifariş etmək də mümkündür.
Beləliklə, ruslar arasında aparılan reytinqin lideri Sankt-Peterburq olub. Onu da bildirək ki, bu, ölkədəki bütün axtarış sorğularının 14,7 faizini təşkil edir.
İkinci yeri isə Moskva tutub - səyahətçilərin 14,4 faizi paytaxtı istirahət üçün “ideal” hesab edir.
İlk üçlüyü axtarış sorğularının 13,2 faizini təşkil edən Soçi qapayıb.
Ekspertlərin fikrincə, Kazan, Yekaterinburq, Gelendjik, Anapa, Nijni Novqorod, Kalininqrad və Mahaçqalaya da turistlər arasında tələbat olub.
Ağasəf Babayev