Antalyaya gələn turist sayı artıb

8 İyul 2023 18:05 (UTC+04:00)

Cari il hava yolu ilə Antalyaya gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 6 milyon 14 min 412 nəfərə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Vali Ersin Yazıcı sosial media hesabında turizm şəhəri Antalyanın müxtəlif ölkələrdən gələn qonaqları qəbul etdiyini paylaşıb.

Şəhərin Aralıq dənizi hövzəsinin sevimli turizm mərkəzi olduğunu deyən Yazıcı paylaşımında bildirib:

“Ölkəmizin göz bəbəyi, turizmin paytaxtı Antalyaya gələn turistlərin sayı 6 iyul tarixinədək keçən ilə müqayisədə 27 faiz artaraq 6 milyon 14 min 412-yə çatıb”.