Yeni sosial şəbəkəyə 7 saata 10 milyon istifadəçi qoşuldu

8 İyul 2023 17:14 (UTC+04:00)

"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads" bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub. SİA-nın məlumatına görə, "Meta"nın rəhbəri Mark Zukerberq "Threads"in cəmi 7 saat ərzində 10 milyon istifadəçiyə çatdığını açıqlayıb. Bu, "Threads"ı tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı edib.

Tətbiqlərin 10 milyon istifadəçiyə çatma vaxtı:

Tətbiqlər

Vaxt

"Threads"

7 saat

"Google+"

16 Gün

"Instagram"

345 Gün

"Youtube"

657 Gün

"Twitter"

780 Gün

"Facebook"

852 Gün