Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

8 İyul 2023 13:44 (UTC+04:00)

İyulun 8-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. DİM-dən SİA-ya bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib.

İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının iyulun 12-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.