Psixoloji sarsıntı Tofiq Yaqublunu bitirəcək KÖŞƏ

7 İyul 2023 14:38 (UTC+04:00)

Oxuduqlarıma, eşitdiklərimə və gördüklərimə əsasən demək olar ki, insan nə edirsə, onun qarşılığını alır. Yəni pislik edirsə pislik, yaxşılıq edirsə yaxşılıq qazanır. Təəssüf,elə insanlar var ki, bu gerçəkliyi anlamırlar. Səhvlərini və pis vərdişlərini davam etdirir, hətta bir qədər də təkmişləşdirməklə genişləndirirlər ki, bu da sonda onların sağlamlığının əllərindən alınmasına, cəmiyyətdə qınaq obyekti olmalarına gətirib çıxarır. Fikir verin, AXCP sədri Əli Kərimli siyasəti arenada peyda olub, xarici maraqlı dairələrin ayırdığı pulların sehrinə düşdükləri vaxtdan Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı düşmən münasibət səriləyib. Lakin onun bu xisləti ziyanına işləyib, dost-tanışı, qohum -əqrəbası ondan üz döndəriblər. Xüsusilə də, Kərimovlar nəsli onunla əlaqələrini kəsib, ağsaqqalları hüquq -mühafizə orqanlarından Ə.Kərimlinin cəzalandırılmasını tələb ediblər. Dəfələrlə əmisi oğlanları, bacısı uşaqları, ağsaqqaları Bakı şəhərinə gələrək Əli Kərimlinin evinin qarşısında onun xarici maraqlı dairələrin sifarişləri əsasında dövlətçilik əleyhinə fəaliyyətinə qarşı etiraz aksiyası keçirmişlər. Görünən isə ondan ibarətdir ki, Ə.Kərimli yaxın qohumlarının, ümumilikdə cəmiyyətin tənqidlərindən nəticə çıxarmır. Çirkin və erməni maraqlarına hesablanan siyasətini və fəaliyyətini davam etirir. Məsəl var, “atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar”... Ə.Kərimlinin ətrafında olanlar onun kimi düşüncə tərzinə və təfəkkürə malikdirlər.

Misal kimi cəmiyyətdə “Sorosun uşaqları” qrupunun fəal üzvü kimi tanınan Tofiq Yaqublunun ağlına deyil, ağzına gələnləri danışmasını göstərmək olar. Son günlər T.Yaqublu fəaliyyətini daha da genişləndirərək birbaşa xarici qaranlıq dairələrin Azərbaycanla bağlı qərəzli tezislərini yaymaq üzərində qurub. Özünü müxalifətin “cəsur” nümayəndəsi kimi də təqdim etməyə çalışan T.Yaqublu aradabir həmfikirlərini qınamaqdanda çəkinmir. Sosial şəbəkələrdə yazdığı statuslarında giley-güzar edir ki, paylaşmalarına 40 nəfərdən artıq insan dəstək vermir. Yəni, bu biçarənin dərdi bəyənmədir ki, sosial şəbəkə istifadəçiləri bunu ona çox görürlər. Başqa cür də ola bilməz. Çünki sosial şəbəkə istifadəçiləri də T.Yaqublunun yazdıqlarının cəfəng, şər və böhtandan başqa bir şey olmadığını anlayırlar. Başa düşürlər ki, T.Yaqublunun yazdığı statuslar birbaşa Soros fondunun Qafqaz üzrə sözçülərinin sifarişidir. Sosial şəbəkə istifadəçisi T.Yaqublunun Fransanı müdafiə etməsinə dəstək verə bilərmi, təbii ki, verməz. Hansı azərbaycanlı iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində keçirilən toplantısında iştirakçıların Fransanın müstəmləkə siyasətinə qarşı sərt mövqedən çıxış etməsinə qarşı çıxar bilər? Nəzərə almaq lazımdır ki, iyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında hazırda mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Söz yox ki, dünya xalqlarının, o cümlədən azərbaycanlıların ürəyincə olan bəyanatın qəbul edilməsinə qarşı çıxmaq ermənidən betər erməni olmaq deməkdir. Deməli, T.Yaqublu növbəti dəfə Koçaryanla, Sarkisyanla, Ohanla həmrəylik nümayiş etdirir. Ya da erməni diasporundan maddi və mənəvi yardım qarşılığında sifariş alıb.

İ.ƏLİYEV