İki uşaq anası Cennifer Lopez həyat yoldaşı Ben Affleklə birlikdə qatıldığı dəvətdə illərə meydan oxuyan gözəlliyi ilə göz qamaşdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dekolteli çimərlik paltarı geyinən ulduz iri çərçivəli eynəkləri və minimal zinət əşyaları ilə hovuz kənarında görüntülənib.
Məşhur simanın 2 milyona yaxın bəyənmə alan fotosuna "53 yaşımda sənin kimi olmaq istəyirəm" tərzində xoş sözlər yazılıb.