Paster ayaqqabısının içinə su töküb içdi - FOTOLAR

7 İyul 2023 03:42 (UTC+04:00)

Uzun aradan sonra "Gang", "Yaşma", "Yenidən", "Zəngəzur" və "Malakan" trekləri ilə məşhur olan reper Paster yenidən böyük səhnədə konsert proqramı ilə çıxış edib. Səhnədə Pasterlə yanaşı həmkarları da yer alıb. SİA xəbər verir ki, 1 iyul Elektra Events Hall səhnəsində baş tutan konsertdə inanılmaz bir izdiham yaşanıb. Konserti izləməyə gələnlər reperin treklərini onunla birağızdan əzbər ifa ediblər. Səhnədə fırtına qoparan reperi pərəstişkarları böyük coşqu ilə qarşılayıb. Dinləyicilərinə unudulmaz rep gecəsi yaşadan ifaçının demək olar ki, bütün ifaları təsirli çıxışları ilə yadda qalıb. Konsert çərçivəsində Paster həm köhnə, həm də albomundakı treklərə müraciət edib. Konsertin əvvəlindən başlayan adrenalin sona qədər elə bir yüksələn xətlə davam edib ki, bu auranı sözlərlə çatdırmaq çətindir.

Bir-birindən parlaq ifaları ilə gecəyə rəngarənglik qatan reperin səhnə kostyumu da maraqla qarşılanıb. Onun yerə qədər uzanan dəri paltsi, ağzındakı dəri maskası və boynundakı xalta aksessuarı xüsusilə diqqət çəkib.

Pərəstişkar ordusunun sevgi selinə qərq olan Paster bu konsertdən kadrları instaqramda paylaşıb. Onun xüsusilə ayaqqasının içinə su dolduraraq içməsi sonra isə tamaşaçılara tərəf atması gündəm yaradıb. Daha sonra isə özünü səhnədən tamaşaçıların arasına reper ordan çətinliklə çıxıb. O, instaqramda paylaşdığı bu görüntülərinə "Prodüser tapşırmışdı ki, belə etməyim, təhlükəlidir" sözlərini yazıb.