...Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkədə onun indiki və gələcək şəxsi həyatı müğənni Sofo Nijaradze ilə bağlı olduğunu yazıb.
SİA-nın əldə etdiyi məlumata görə, sabiq prezident onu Sofo və onların qızı Alisa ilə birləşdirən “böyük sevgi”yə işarə edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Saakaşvili, Ukraynada doğulmuş qızı Jasmini hələ də görmədiyini etiraf etmişdi. Onu da qeyd edək ki, Saakaşvilinin qızının anası Ukrayna Ali Radasının deputatı Liza Yaskodur.
Yeri gəlmişkən, iyun ayında Oslo Azadlıq Forumunda çıxış edən Yasko, Saakaşvili ilə necə xoşbəxt olduqlarını, Mixail ilə doğulacaq uşaqlarını Kiyevin kənarındakı bağ evlərinin həyətində necə gəzdiricəkləri barədə danışmışdı.
Xatırladaq ki, Saakaşvilinin Liza Yasko ilə münasibəti siyasətçinin 2021-ci il oktyabrın 1-də həbsindən dərhal sonra məlum olmuşdu.
Onu da qeyd edək ki, Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs üçün bu, sürpriz olmuşdu. Bildirək ki, Saakaşvili və Rulofsun Eduard və Nikoloz adlı iki oğlu var.
Ağasəf Babayev