Uruqvaylı aktrisa və müğənni Natalia Oreiro fotoçəkilişdə iştirak edib. SİA xəbər verir ki, o, lentə alınan fotoları sosial media hesabında paylaşıb.
Onun cəsarətli pozaları pərəstişkarları tərəfindən bəyənilib.
46 yaşlı "Vəhşi Mələk" ulduzu qırmızı şalvarda, çılpaq sinəsini örtən ürək stikerləri ilə poza verib.
İfaçı əlində ürək formasında qırmızı çanta tutub və aksesuarlardan kütləvi sırğalar taxıb. Onun üzü parlaq makiyaj edilib və saçları dalğalı şəkildə düzəldilib.