Təbiət hadisələri turizm sektoruna NECƏ TƏSİR EDİR? - EKSPERT ŞƏRH ETDİ

5 İyul 2023 11:41 (UTC+04:00)

“Ümumiyyətlə zəlzələ və ya digər təbiət hadisələri turizm sektoruna təsir edən ilk amillərdən biridir. Turizm sektoru həssasdır. Çünki insanların birbaşa təhlükəsizliyinin təmin olunması əsas şərtlərdən biridir. Hər hansı bir həssas hadisə turizm sektorunda durma və dayanmaya səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, insanlar özlərini ilk növbədə təhlükəsiz hiss etmək istəyirlər: “Düşünmürəm ki, bu ciddi şəkildə bölgələrə turistlərin axının qarşısını alacaq. Zəlzələnin episentri paytaxtdan uzaqdadır. Bakıda ciddi təşvişə səbəb olmayıb. Dağıntı, fəlakət qeydə alınmayıb. Bu mənada onu demək lazımdır ki, təhlükəli vəziyyət yoxdur. Bu, qısa müddət ərzində sadəcə təşviş yaratdı”.

Ekspert sözlərinə davam edərək bildirib ki, zəlzələnin turizmə ciddi təsiri olacağını düşünmürəm: “Dağıntı, tələfat olsaydı, turizmin tamamən dayanmasına gətirib çıxarardı”.