Kim Kardaşyanın arzusu yenə də ürəyində qaldı

5 İyul 2023 07:17 (UTC+04:00)

Kim Kardaşyanın kosmik gəmi şəklində əmlak inşa etmək arzusu yenə də ürəyində qaldı. Buna səbəb ona tikinti üçün verilən icazənin müddətinin bitməsidir. SİA xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin məlumatına görə, icazə iyunun 29-da qüvvədən düşüb. Artıq ikinci dəfədir ki, Kardaşyan son icazə tarixinə yetişə bilmir. O, ilk dəfə icazə ilə bağlı 2022-ci ilin fevralında müraciət edib. Daha sonra yerli hakimiyyət orqanları Kardaşyandan gələcək mənzillərin təhlükəsizliyi haqqında məlumat tələb ediblər.

Qeyd edək ki, erməni ulduz Kaliforniyanın Palm Springs şəhərində qeyri-adi mülk tikmək istəyir. Memarlıq planlarına əsasən, obyektin sahəsi 17 hektara yaxın olacaq. Ərazidə hovuz, spa zonası, fəvvarə, gölməçə, qaraj və üçbucaqlı binanın yerləşdirilməsi planlaşdırılır. Layihə Tadao Ando tərəfindən hazırlanır.

Kardaşyanın xəyalındakı ev sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilir. Buna səbəb isə onun mənzilinin qorxulu kosmik gəmi kimi görünməsi və "manyak evi"nə bənzədilməsi olub.