"Ölüm ayağında olanda məni çağırdı"

5 İyul 2023 06:13 (UTC+04:00)

"Pişik" ləqəbli müğənni Günel Ələkbərova "Ümid ilə gəl" proqramına qonaq olub. SİA xəbər verir ki, veriliş zamanı ifaçı rəhmətə gedən atasından danışıb.

Müğənni kövrələrək ona halallıq vermədiyini açıqlayıb: "Ölüm ayağında olanda məni çağırdı. Dedi ki, halallıq ver. Dedim heç vaxt verməyəcəm. İnşallah Tanrı axirətdə məni onunla qarşı-qarşıya qoyar. Mən də öz hesabatımı ondan soruşaram. Çünki o, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa mənə lazım deyil. Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?"