Müğənni-bəstəkar Hacı Nazim Məmmədov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, ifaçı həyat yoldaşı Gülnarla evlilik ildönümləri olduğunu vurğulayıb. O, qızları ilə çəkdirdiyi fotolara bu sözləri yazıb:
"Bu gün toyumuzun on birinci ildönümünü qeyd edirik. Bu inanılmaz yolu birgə getdiyimizə görə xoşbəxtəm. Qızlarımız həyatımıza məna bəxş edir və bizim ən qiymətli hədiyyəmiz, ən böyük xoşbəxtliyimizdirlər. Bu yolu səninlə davam etmək həyatımdakı ən böyük sərvətdir. Səni sevirəm və sonsuz minnətdaram!".
Qeyd edək ki, Nazimin Fatimə və Nur adlı iki qızı var.