Alla Puqaçovanın nəvələrindən birinin yeri məlum olub

4 İyul 2023 20:17 (UTC+04:00)

Müğənni Alla Puqaçovanın nəvəsi Denya Baysarovun yerini onun anası müğənni Kristina Orbakayte İnstaqram hesabında açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kristina oğlu ilə İtaliyada birgə istirahətinin görüntülərini paylaşıb. Qeyd edək ki, Orbakaite əri Mixail Zemtsov və qızı Klaudiya ilə tətilə gedib.

Veronada onlara müğənninin iş adamı Ruslan Baysarovdan olan oğlu, 25 yaşlı Denis də qoşulub.

Xatırladaq ki, 2022-ci ilin payızında Baysarov Moskvada olduğunu bildirdi. Ancaq sonra mediada gəncin Avropaya köçdüyü barədə məlumat çıxdı.

Yeri gəlmişkən, Alla Puqaçovanın böyük nəvəsi, Kristina Orbakaite və Vladimir Presnyakovun oğlu Nikitanın harada olduğu məlum deyil.

Onu da qeyd edək ki, o vaxt Rusiya və Estoniya sərhədini piyada keçən Nikitanın hazırda ABŞ-da yaşadığı ehtimal olunur.

Deyilənlərə görə, ötən günlərin birində o, Los-Ancelesdəki gecə klublarından birində görüntülənib.

Ağasəf Babayev