Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub

4 İyul 2023 12:47 (UTC+04:00)

Ermənistan-Gürcüstan sərhədində 3-4 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Ermənistan Xilasetmə Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Bavra kəndindən 12 km cənub-şərqdə olub və maqnitudası 2,8 olub.

Şirak vilayətinin Bavra, Kazançı, Tavşut kəndlərində 2-3 bal gücündə təkanlar hiss olunub.