"Reseptlərin elektron, kağız daşıyıcı formasında verilməsi daha uyğundur" - DEPUTAT QEYD ETDİ

4 İyul 2023 12:34 (UTC+04:00)

“Hesab edirəm ki, reseptlərin həm elektron, həm də kağız daşıyıcı formasında verilməsi daha uyğundur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.

O, bildirib ki, ölkədə xəstəxanalar, ucqar bölgədə yerləşən apteklərlə daha operativ əlaqə yaradılması üçün bu addım məqsədəuyğundur: “Buna görə də qanuna bu mövzuda dəyişiklik olunmalıdır”.