"Bəzi məqamlar gələcəkdə problemlər yarada bilər" - DEPUTAT BİLDİRDİ

4 İyul 2023 12:26 (UTC+04:00)

“Dərman vasitələri haqqında” qanuna elektron resept tələbinin qəti şəkildə qoyulması bir sıra problemlərin aradan qaldırılması və bazarın tənzimlənməsində ciddi töhfə verəcək. Amma bəzi məqamlar gələcəkdə bizim üçün hesablamadığımız müəyyən problemlərə yol aça bilər”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, qanunvericilikdə elektron reseptlə yanaşı, kağız daşıyıcı da təqdim oluna bilər.