Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva köhnə paltarlarını və çantalarını satışa çıxarıb. SİA xəbər verir ki, Aynişan satış üçün xüsusi "Instagram" səhifəsi də açıb.
Geyimlərin qiyməti isə müxtəlifdir. Fərqli brendlərdən olan geyimlər arasında qiyməti 25-30 manata satışa çıxarılan köynəklər, çantalar, 350-700 manata olan libaslar da var.
Səhifəyə nəzər saldıqda blogerin satışının heç də pis getmədiyi məlum olur, artıq onun bir çox paltarı pərəstişkarları tərəfindən satın alınıb.