Təhsil müəssisələrinə qəbul olan əcnəbi tələbələrin sayı açıqlanıb

3 İyul 2023 17:04 (UTC+04:00)

Ötən il Azərbaycanda təhsil müəssisələrinə 1054 əcnəbi və vətəndaşlığı olmayan tələbə qəbul edilib.

SİA xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, onlardan 1008-i bakalavriat, 31-i magistratura, 12-si tam orta, 3-ü isə ümumi orta ixtisas bazası üzrə qəbul edilib.