“Twitter” sosial media platforması idarə heyətinin sədri İlon Mask (Elon Musk) şəbəkədə manipulyasiyanı müəyyən etmək üçün istifadəçilərə müvəqqəti məzmuna baxmaq limitinin tətbiq edildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Mask öz “twitter” hesabında sistemdə manipulyasiyanı aşkar etmək üçün gətirilən müvəqqəti məhdudiyyətlər haqqında paylaşaraq bildirib: “Təsdiqlənmiş hesablar gündə 10.000, təsdiqlənməmiş hesablar 1000, təsdiqlənməmiş yeni hesablar isə 300 yazı oxuyacaq. Limitlər tezliklə müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırılacaq.”
Qeyd edək ki, əvvəlcə İlon Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 məzmun oxuya biləcəyini açıqlamışdı. Sonra isə limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan etdi. Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.
Xatırladaq ki, “twitter” keçən il pullu doğrulama xidmətini istifadəyə vermişdi.