"Tozluyaka"nın aktrisası yeni serialda

2 İyul 2023 07:10 (UTC+04:00)

Sonuncu dəfə "Tozluyaka" serialında rol alan aktrisa Dolunay Soysertin yeni layihəsi bəlli olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Yabani" serialında rol alacaq. O, layihədə "Neslihan həkim" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Halit Özgür Sarıyla Simay Barlas həyat verəcək.