Xalq artisti Yusif Eyvazov ailəsi ilə İtaliyaya gedib. SİA xəbər verir ki, sənətçi Milan gəzintisindən fotolarını sosial şəbəkədə paylaşıb. Şəkillərdə sənətçinin xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko və oğlu Tiyaqo da yer alıb.
Qeyd edək ki, Yusif Eyvazov aprelin 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib.