11 yaşlı oğluna 10 milyon xərclədi

1 İyul 2023 15:00 (UTC+04:00)

Rusiyanın Xalq artisti Filipp Kirkorovun oğlu Martin modelyer kimi debüt edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 11 yaşında olan Martin dizayner Anika Kərimova ilə birgə yaratdığı ilk kolleksiyasının nümayişini keçirib. Kolleksiyaya Martinin 15 əsəri daxil edilib, onun ilham mənbəyi bacısı Alla-Viktoriya olub. Bundan əlavə, o, jurnalistlərə kolleksiyanı yaradarkən “Kruella” filmindən ilham aldığını bildirib.

Kirkorov oğlunun ilk kolleksiyasının yaradılmasına 10 milyon rubldan çox pul xərcləyib. Tədbirdə bir çox tanınmış iştirak edib.