Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlərin yeni siyahısını dərc edib

1 İyul 2023 06:13 (UTC+04:00)

Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlərin yeni siyahısını dərc edib. SİA-nın məlumatına görə, nazirlik bu dəfə siyahıya "Akvarium" rok qrupunu rəhbəri Boris Qrebenşikovu da əlavə edilib. Qeyd edək ki, Borisin xarici agentlər siyahısına əlavə edəcəyi ilə bağlı söz-söhbətlər uzun müddətdir dolaşırdı. Musiqiçi xüsusi əməliyyat başlayandan sonra narazılığını bildirmiş və ölkəni tərk etmişdi. O, hazırda İsraildə yaşayır, vaxtaşırı yeni hitlər yazmaq üçün Londona səfər edir.