Xuraman əmlakını satır

1 İyul 2023 01:36 (UTC+04:00)

Əməkdar artist Xuraman Əlizadə ona məxsus olan torpaq sahəsini satışa çıxarıb. SİA xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb. Sənətçi 50 sot torpaq sahəsinin Zaqatalada yerləşdiyini bildirib: "Əmlak Zaqatala rayonunun Üçüncu Tala kəndində yerləşir. 50 sot torpaq sahəsində 85 ədəd bar verən fındıq ağacı var. Həmin ərazidə ev yoxdur, 15 min manata satıram. Sənədi də var".