"Fənərbağça”nın hücumameyilli yarımmüdafiəçisi Arda Gülər “Real Madrid”in transfer hədəfi olaraq qalır.
SİA-nın əldə etdiyi məlumata görə, qaymaqlılar uzun müddətdir ki, 18 yaşlı vunderkind üçün əsas namizədlərdən biri hesab olunurdu.
Lakin əvvəllər də xəbər verildiyi kimi, klub türk futbolçunu transferdən dərhal sonra müəyyən təcrübə qazanmaq üçün icarəyə verməyi planlaşdırır.
“Marca”nın məlumatına görə, madridlilər Güləri qarşıdakı mövsüm üçün heyətdə saxlaya biləcəyinə inanırlar. Belə ki, La Liqanın liderləri razılığa gəlməkdə qərarlıdırlar.
Yeri gəlmişkən Arda Gülərin “Fənərbaxça” ilə müqaviləsindəki sərbəst qalma müddəası 17,5 milyon avrodur.
Xatırladaq ki, futbolçuya “Barselona” da iddia edir.
Ağasəf Babayev