"Yalı çapkını" serialında Seyran obrazını canlandıran məşhur aktrisa Afra Saraçoğlunun tətil arzusu ürəyində qalıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi anası ilə birlikdə İtaliyaya getmək istəyib. Lakin vizasında problem yarandığı üçün təyyarərə buraxılmayıb və İstanbul Hava Limanından geri dönüb.
Məlum olub ki, ulduzun viza tarixi hələ başlamayıb.
Məlumat üçün bildirək ki, 25 yaşlı aktrisa ilə serialdakı tərəf müqabili Mert Ramazan Dəmir sevgili olduqlarını hər fürsətdə gizlətsə də, cütlük tətildə öpüşərkən görüntülənib.