Aktyor istədiyi uğurları qazana bilməməsindən gileyləndi

30 İyun 2023 06:09 (UTC+04:00)

Avropada doğulsaydım, indi hansısa məşhur brendin siması idim. Azərbaycanda olduğuma görə, sadəcə video kəsib, paylaşıram. SİA xəbər verir ki, bu sözləri Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingiz sosial mediada yazıb. Xarici ölkələrdə kino və modellik sahəsinin daha çox inkişaf etdiyini deyən aktyor Azərbaycanda istədiyi uğurları qazana bilməməsindən gileylənib.