"Əziyyətimi çəkən insanlara həyatımı borcluyam" - Aygün Bəylər

30 İyun 2023 03:39 (UTC+04:00)

"Həkimlərimiz var olsun, qayğıma qalırlar. Əziyyətimi çəkən insanlara həyatımı borcluyam". SİA xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər "Xəzər axşamı" verilişində deyib. O, ağciyərlərində problem yarandığını bildirib: "Bir ay əvvəl Türkiyədə idim. Müalicəm davam edir. Üç aydan bir gedirəm. Müalicələrim ağciyərlərimə bir az problem yaradıb. O qədər canlı ifa etmişəm ki, fonoqram oxumağa utanıram".