"Google" şirkəti rep musiqisi kimi tanınan hip-hopun 50 illiyinə həsr olunmuş qatlana bilən "Pixel Fold" smartfonunun unikal versiyasını təqdim edib. SİA xəbər verir ki, bu barədə "9To5Google" nəşri məlumat yayıb .
Model "Hip Hop 50" adlanır. O, orijinal versiyadan kamera blokunda "Hip Hop 50" yazısının olması, eləcə də zəngin paketi ilə fərqlənir.
"Pixel Fold Hip Hop 50" məhdud buraxılışdır və satışda olmayacaq. Bütün nüsxələr "Google" tərəfindən məşhur hip-hop musiqiçilərinə bağışlanacaq.