Sankt-Peterburq limanında banan olan konteynerdə 50 kq kokain tapılıb

29 İyun 2023 20:59 (UTC+04:00)

Sankt-Peterburqun Böyük Limanında gömrükçülər banan olan konteynerdə briketlərə qablaşdırılmış 50 kiloqram kokain aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri iyunun 29-da Rusiya Federal Gömrük Xidməti yayıb.

Sankt-Peterburqun Böyük Limanında gömrükçülər bananların arasından on soyuducu qutudan birində 50 kq kokain aşkar ediblər.

Narkotiklər gömrük əməkdaşları tərəfindən konteynerlərə baxış zamanı aşkar edilib.

Yük Afrikadan tranzitlə Avropadan keçərək Özbəkistana gedəckmiş.

Federal Gömrük Xidməti müfəttişlərdən biri monitorda soyuducu qurğunun boşluğunda gizlənmiş yad obyektləri görüb. Gömrük əməkdaşlarının yoxlaması nəticəsində soyuducunun dərisinin altından təxmini dəyəri 450 milyon rublu keçən 50 ədəd kokainli briket çıxarılıb.

Qeyd olunur ki, narkotik vasitələrin daşınması faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə “Narkotik vasitələrin qaçaqmalçılığı” ilə cinayət işi başlanıb.

Hazırda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər müəyyənləşdirilir.

Ağasəf Babayev