Milyarder İlon Mask narkotik aludəçisidir

28 İyun 2023 18:51 (UTC+04:00)

Planetin ən zəngin insanlarından biri olan İlon Mask narkotik vasitələrin köməyi ilə depressiyadan çıxmağa çalışıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi kiçik dozalarda ketamin qəbul edib. Bundan əlavə, şənliklər zamanı o, psixikadan və digər dərmanlardan da istifadə edir.

Bununla yanaşı, sahibkar “tvitter”də dediyi kimi, “insanları zombi edən” qanuni antidepresanlardan qaçır.

“The Wall Street Journal”ın mənbələri iddia edir ki, yüksək texnologiya ilə sərvətlərini qazanmış digər amerikalı milyarderlər də narkotikə aludə olub. Belə ki, “Google”-un yaradıcılarından biri Sergey Brin də psilosibin qəbul edirmiş.

Xatırladaq ki, bundan əvvəl İlon Mask “twitter”dəki paylaşımlarının birində “Meta”nın direktoru ilə rinqdə döyüşmək arzusundan yazmışdı.

Maraqlıdır ki, Mark Zukerberq də öz növbəsində biznesmenlə döyüşməyə hazır olduğunu açıqlamışdı.

Qeyd edək ki, bundan əvvəl “Meta”nın Project 92 kod adlı “twitter”ə rəqib tətbiqini hazırladığını elan etdikdən sonra başlayan münaqişə baş vermişdi.

Elandan sonra Musk hər cür şəkildə Zukerberqi açıq şəkildə təhqir etməyə başlamışdı.

Ağasəf Babayev